Şənbə , Aprel 27 2024
azfa

Azərbaycanlı fəal Cavad Əhmədi Yekanlı 20 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən çağırış vərəqəsilə Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölməsinə çağırılan azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlı bu gün iyunun 29-u Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölməsinə gedib.

Əldə etdiyimiz məlumata görə rejimin təhlükəsizlik qüvvələri milli fəala qarşı nalayiq və kobud ifadələr işlədərək, onu hədələmişlər. Əhmədi Yekanlı isə məmurlara onların davranışlarının, eləcə də məhkəmə qərarı olmadan təhlükəsizlik bölməsinə çağırılmasının qanunsuz olduğunu bildirib.

Rejimin məmurları azərbaycanlı fəalı sorğu-sual tutaraq, 2018-ci ilin iyul ayında keçirilməsi nəzərdə tutulan Babək Qalası Qurultayına çağırışın Abbas Lisani tərəfindən edilməsi barədə soruşublar.

Azərbaycanlı fəal isə bildirib ki, “iki il keçməsinə baxmayaraq, hələ də cənab Lisanini ittiham etmək üçün heç bir sübutunuz yoxdur” deyərək öz istəyi ilə Babək qalasına getdiyini bildirib.

Rejimin məmurları sonra azərbaycanlı milli-mədəni fəalı rejimin Xoydakı İnqilab Məhkəməsinin 3-cü şöbəsinə aparıblar. Məhkəmə isə fəalı şərləyərək “Sosial şəbəkələrdə çağırış edib və Babək qalası yürüşünə dəvət etməklə ictimai rəyi təhrik etmək”də ittiham edib.

Azərbaycanlı fəala zaminə buraxılması üçün 20 milyon tümən dəyərində mülki vəsiqə təyin edilib və fəal mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Evin zindanında azərbaycanlı fəalların qeyri-müəyyən vəziyyətdə həbsi 80 gündən çoxdur davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tehrandakı Evin zindanının 4 saylı təcridxanasında saxlanılan azərbaycanlı …

Azərbaycan tərəfindən BMT-də Ermənistana qarşı məhkəmə işi başa çatıb

GADTB: Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini əsas gətirərək …

Bir cavab yazın