Şənbə , Oktyabr 24 2026
azfa

Rejimin Azərbaycana dəstək aksiyası ilə bağlı Urmiyada yaxaladığı fəaldan xəbər yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin 2 gün öncə Azərbaycana dəstək aksiyasına çağırışla bağlı Urmiyada yaxaladığı azərbaycanlı milli-mədəni fəal Fərid Xurşidinin vəziyyətindən xəbər yoxdur.

Azərbaycanlı fəal Xurşidi iyulun 16-da səhər saatlarında Urmiyanın “Doqquz Pillə” məhəlləsində yerləşən rejimin ETTELAAT İdarəsinə çağırılıb və orada yaxalanıb.

Güney Azərbaycanın Salmas şəhərindən olan Xurşidi, Urmiya universitetində elektrik mühəndisliyi ixtisası üzrə təhsil alır. ETTELAAT İdarəsinə çağırıldığından bir gün keçməsinə baxmayaraq onun nədə günahlandırıldığı və hazırda harada saxlandığı barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, Ermənistanın Tovuz rayonu istiqamətindən Azərbaycan ərazilərinə yeni hərbi təcavüzünü pisləmək məqsədilə Güney Azərbaycan şəhərlərində Azərbaycana dəstək mitinqinə çağırış edildi. Lakin irqçi fars rejim Urmiya, Təbriz və Tehranda çox saylı azərbaycanlı fəalları mitinqlərdən əvvəl və mitinqdə həbs edib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın