Bazar , Avqust 23 2026
azfa

Rejim ana dili uğrunda fəaliyyətinə görə həbs etdiyi azərbaycanlı fəalları zindanın 8-ci bölməsinə köçürdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim qüvvələrinin iyulun 21-də Tehranda yaxaladığı  azərbaycanlı milli fəallar Əlirza Fərşi, Həmid Mənafi Nadarlı və Behnam Şeyxini avqustun 4-də Evin zindanının 8-ci bölməsinə köçürülüblər.

Azərbaycanlı fəallar ailələri ilə qısa telefon əlaqəsində bu barədə məlumat veriblər. Onlar bundan öncə Evin zindanının 4-cü bölməsinin karantin hissəsində saxlanılırdılar.

Qeyd edək ki, Azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı barəsində Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi  tərəfindən 10 il həbs və 2 il sürgün qərarı çıxarılmışdır.

Yanvarın 20-də isə Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün əvvəlki qərarı 2 il həbs və 2 il sürgün cəzası ilə dəyişdirmişdir.

Həmin fəallar bir neçə digər türk fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

Azərbaycanlı fəal Əlirza Fərşi həmçinin yanvar ayının 8-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış və tərqibən üç ay sonra 400 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Mir Məhəmmədrza Müvəhhid həbs cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhid ümumilikdə 6 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının …

Axios: Hörmüz boğazından neft keçidi müharibədən əvvəlki səviyyəyə qayıdıb

GADTB: Axios xəbər verir ki, cümə günü, 30 mordadda axşam saatlarında Hörmüz boğazından 40 gəmi …

Bir cavab yazın