Cümə axşamı , May 2 2024
azfa

Güney Azərbaycanda istehsal olunan Kömür filmi onlayn göstəriləcək-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda türk dilində çəkilən Kömür filmi bu gündən etibarən Haşur (hashure.com) internet səhifəsindən onlayn şəkildə nümayiş etdiriləcək.

Kömür filminin nümayişi Türkiyədə daha öncə yayınlandığı üçün həmin ölkə istisna omaqla bütün dünyada Təbriz vaxtı ilə saat 19:00-da həyata keçəcək.

Kömür filmi Türkiyədə daha əvvəl bu ölkənin TRT telekanalı tərəfindən nümayiş etdirilib.

Azərbaycanlı rezissor İsmayıl Münsif tərəfindən türk dilində hazırlanan film Güney Azərbaycanın müxtəlif şəhərlərində nümayiş etdirilərək, böyük rəğbətlə qarşılanmışdı.

Qeyd edək ki, Kömür filmi Güney Azərbaycan və Fransanın müştərək məhsulu olmaqla Güney Azərbaycanın Astara şəhərində çəkilən azərbaycanlı aktyorların rol aldığı filmdir.

 Həmin filmi bundan əvvəl İranda keçirilən Fəcr Film Festivalında irqçi farsların qərəzli münasibəti nəticəsində diqqətsizliklə qarşılaşmışdır.

http://hashure.com/

Həmçinin yoxlayın

İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb

GADTB: İran dövlət Radio-Televiziyasının Azərbaycandakı ofisi bağlanıb. Bu barədə İran Radio-Televiziya Təşkilatının rəhbəri Peyman Cəbəli …

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Bir cavab yazın