Bazar , Oktyabr 25 2026
azfa

Afrində dinc sakinlərin hədəfə alınması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində dinc sakinləri hədəfə alması ilə bağlı məlumatlar qara təbliğatdır. Bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.

“Bu kimi xəbərlər əsassızdır. Biz dinc sakinlərə qarşı maksimal həssaslıqla yanaşırıq. Hədəflərimiz yalnız terrorçular, sığınacaqlar, anbarlar, terrorçuların texnikasıdır”, deyə B.Bozdağ qeyd edib.

Onun sözlərinə görə, əməliyyatın ilk üç günü ərzində əvvəl planlaşdırılmış bütün ərazilər nəzarət altına alınıb. “Hərbçilərimiz arasında ölən və yaralanan yoxdur”, deyə B.Bozdağ vurğulayıb.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …

Bir cavab yazın