Şənbə , Avqust 22 2026
azfa

Ermənipərəst İran rejimi azərbaycanlı fəal Peyman Ağayi zaminə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antiislam və ermənipərəst İran rejimi azərbaycanlı milli-mədəni fəal Peyman Ağayi 60 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxıb.

Qriqoryan İran rejiminin təhlükəsizlik qüvvələri oktyabrın 1-də Peyman Ağayini Parsabadda iş yerində tutub naməlum istiqamətə aparmışdı. Fəal həbs edilərkən təhlükəsizlik əməkdaşları tərəfindən vəhşicəsinə döyülüb, təhqir edilib.

Azərbaycan Ordusunun Qarabağda Ermənistan işğalçılarına qarşı başlatdığı uğurlu hərbi əməliyyatına dəstək aksiyaları ilə əlaqədar Muğanda Peyman Ağayidən başqa 10-a yaxın azərbaycanlı milli fəal yaxalanıb.

Qeyd edək ki, daha əvvəl Ərdəbildə və oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …

Bir cavab yazın