Təbrizdə həbslərə rəğmən Azərbaycana dəstək aksiyası; “Ermənini himayə cinayətdir-cinayət” -Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün oktyabrın 18-də ermənipərəst İran rejiminin Güney Azərbaycan şəhərlərini hərbi paliqona çevirib, çox saylı azərbaycanlı fəalı yaxalasa da Azərbaycan ordusuna dəstək aksiyası keçirilib.

Aksiyada iştirak edən Azərbaycan türk milləti öz şüarları ilə İranın Ermənistana silah-sursat göndərdiyi Nurduz Gömrük Məntəqəsinin bağlanmasını tələb edib, ermənini himayə etməyin cinayət olduğunu bildiriblər.

Təbrizdə minlərlə aksiya iştirakçısı “Qarabağ bizimdir, bizim qalacaq!”, “Nurduz gərək bağlana”, “Ermənidən himayət-cinayətdir cinayət”, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” və s. şüarlar səsləndiriblər.

Erməni xristianları hərtərəfli dəstəkləyən antiislan İran rejimi Azərbaycana dəstək aksiyasının qarşısını almaq üçün aksiyadan öncə və aksiya zamanı çox saylı azərbaycanlı fəalı həbs edib. Aksiya iştirakçılarına qarşı rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib.

Aksiyadan videolay:

https://t.me/GADTB1/3665

https://t.me/GADTB1/3664

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …

Bir cavab yazın