Bazar , Oktyabr 25 2026
azfa

İran azərbaycanlı fəal Sara Turini Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antiislam və ermənipərəst Xamenei rejimi azərbaycanlı milli- mədəni fəal xanım Sara xanım Turi dünən Təbrizdə Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə həbs edib.

Azərbaycanlı fəalın yaxınlarının dediklərinə görə, dünən saat 19:00- dan Sara Turinin telefonu söndürülüb və həmin andan fəal barədə heç bir məlumat verilmir.

Rejimin məhkəmə və s. aidiyyatı orqanları fəalın harada saxlandığı barədə heç bir məlumat vermirlər.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Bir cavab yazın