AFİ adından 21 Azər/ 12 Dekaber açıqlaması!

GADTB: Sayın soydaşlar, bu gün 21 Azərin (12 dekabr) qurulmasının 75-ci il dönümüdür. Tarixdə ilk kəs olaraq Güney Azərbaycanda yaranan Azərbaycan Milli Hökuməti bir ildən sonra Rusiya, Britaniya və Amerika üçlüyünün bir ayara gəlməsilə faşist fars rejimi təərfindən qan dənizində boğuldu. M.C.Pişevəri başçılığında yaranan bir illik milli hakimiyyət işə başladığı gündən ağır durumda olan Azərbaycan türklərinin ümid qaynağına çevrildi. O zamanın 5 milyonluq Azərbaycanı 7 dən 70 öz doğma firqəsinin yanında duraraq qanı bahasına öz müstəqilliyi yolana ayaq qoydu. Ancaq, 2.ci dünya savasından qalıb gələn üçü böyük ölkənin iç yarışmasına qurban gedən millətimizin özgürlük və bağımsızlığı ulusal nisgil və həsrətə dönüşdü. Bir atalar deyimi belə söylənir: “Bir arxa axan su, bir daha axacaq!” Sevimli soydaşlar, Qarabağımızın böyük ülçüdə azad olunması bu ümidli günlərdə gələcəyimizə daha geniş prespektivli baxmaqda çox haqlıyıq. Və böyük cəsarətlə bu haqqımız dünyaya hayqımaqda çəkinməməliyik ki, Güney Azərbaycanın bağımsızlığı artıq bir uzun sürəkli istək davası yox, bəlkə hamımızın görəcəyimiz dünyanı dəyişək kkürəsəl prespektivdir. Artıq bütün ortada olan dəlil və görüntülərə görə hamılıqca Güneyimizin mərkəzində qutsal bayrağımızın dalğalanması uzuq deyildir. O günün inamlı davası bugündən geniş boyudlar qazanmalı və bütün Türk Dünyası gündəminə qonulmalıdır. Güney Azərbaycan Türk Cümhuriyəti törənində qucaqlaşma ümidilə

AFİ adından Eldar Qaradağlı 12 dekabr 2020

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Bir cavab yazın