Azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə Təbrizdə çoxsaylı vərəqələr paylanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbuslara azadlıq tələbilə Təbriz şəhərində milli-mədəni fəallar tərəfindən çoxsaylı vərəqələr və bəyanat yayılıb.

Azərbaycanlı milli fəallar Təbriz şəhərinin müxtəlif bölgələrində minlərlə vərəqələr yaymaqla irqçi fars rejimin həbsdə saxladığı azərbaycanlı siyasi məhbuslara azadlıq istəyiblər.

Yayılan bəyanatda Azərbaycan türk millətinə qarşı ayrıseçkiliyə toxunularaq, Güney Azərbaycanda Azərbaycan türklərinin ilkin insani və təbii hüquqlarından məhrum edildiyi bildirilib.

Azərbaycanlı fəallar koronovirusun yayıldığı dövrdə siyasi məhbusların, xüsusilə Abbas Lisaninin həyatına ciddi təhlükə yarandığı və onların müalicə edilmələri üçün sərbəst buraxılmalarını tələb ediblər.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın