Bazar , Oktyabr 25 2026
azfa

Ermənistanı etiraz dalğası bürüyür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Ermənistanın hər yerində kütləvi etiraz aksiyaları davam edəcək. Saat 16:00-da böyük mitinq keçiriləcək”

Bunu “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Sağatelyan bildirib.

Onun sözlərinə görə, İrəvanda etirazçıların bir hissəsi hökumət binasının qarşısında gecələyəcək: “Gecəni meydanda keçirmək istəyənlər üçün şərait yaradılacaq”.

Qeyd edək ki, Ermənistanda sadə vətəndaşlar, mədəniyyət, incəsənət xadimləri, müəllimlər, jurnalistlərlə yanaşı, vəkillər, idmançılar da etiraz aksiyalarında iştirak edirlər. Müxalifət baş nazir Nikol Paşinyanı 10 noyabr bəyanatına imza atmaqda ittiham edir, onun istefası tələbini irəli sürür. Lakin hökumət rəhbəri istefa verməyəcəyini bildirib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın