Bazar , Oktyabr 25 2026
azfa

Fransa mediası: PUA-lar Türkiyənin güclənməsinin və müstəqilliyinin simvolu oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağ döyüşünün gedişinin dəyişməsinə toxunan Fransa mediası PUA-ların Türkiyənin güclənməsinin və müstəqilliyinin simvolu olduğunu etiraf edib.

Fransanın “Liberation” qəzeti bu barədə material dərc edib.

Qəzet yazır ki, türk PUA-ları Qarabağ müharibəsində gedişatı dəyişərək ətrafdakı bütün fiqurları təəccübləndirdi:

“Bayraqdar TB2” etibarlıdır və təcrübəli türk ordusu tərəfindən istifadə edilir. PUA-lar İraq, Suriya, Liviya və Qarabağda istifadə ilə məşhurlaşıb. Türkiyənin xarici siyasətində artıq “Bayraqdar” vacib rol oynayır”.

Bildirilir ki, “Bayraqdar TB2” havada 27 saat qala bilir:

“ABŞ PUA-larından daha az xərclə başa gəlməsinə baxmayaraq, çox effektlidir. Adıçəkilən PUA-lar PKK-ya qarşı əməliyyatlarda istifadə edilir və terror təşkilatına ağır zərbələr endirir”.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın