Bazar , Sentyabr 27 2026
azfa

Erməni silahlıları Hadrutda Azərbaycan əsgərlərinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hadrutda erməni terrorçuları ilə toqquşmada Azərbaycan hərbçisi şəhid olması xəbəri yayılıb

Bu barədə sosial şəbəkələrdə və Telegram kanallarında məlumat yayılıb.

Hadrut istiqamətində erməni diversantların hücumu nəticəsində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü çavuş Qəmbərov Elmir Rail oğlu şəhid olub.

Həmçinin Azərbaycan tərəfindən 2 şəhid, 5 yaralı və 1 əsir olduğu da social şəbəkələrdə bildirilir. Qarşı tərəfdən isə 6 nəfər öldürülüb, 6 nəfər isə əsir götürülüb. Ermənilər qazdıqları iri tunel vasitəsiylə diversiya hücumu təşkil ediblər, hazırda əks antiterror əməliyyatı keçirilir.

Xatırladaq ki, Müdafiyə nazirliyinin mətbuat xidməti hadisə ilə bağlı bu saata qədər hələdə rəsmi məlumat açıqlamayıb.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın