Bazar , Avqust 23 2026
azfa

Azərbaycanlı fəallar Şəbistərdə professor Məhəmmədtağı Zehtabini andılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli-mədəni fəal Şəbistər şəhərində tanınmış alim, tarixçi və ziyalı mərhum professor Məhəmmədtağı Zehtabinin məzarını ziyarət ediblər.

Azərbaycanlı fəallar Şəbistərdə Məhəmmədtağı Zehtabinin məzarını ziyarət ediblər.

Həmin fəalların bildirdiyinə görə, İran rejiminin məmurları Şəbistərdə həmin azərbaycanlı ziyalının adına olan küçənin lövhəsini də qırıblar.

Qeyd edək ki, tanınmış azərbaycanlı alim, tarixçi və ziyalı professor Məhəmmədtağı Zehtabi Azərbaycan türk millətinin milli mübarizəsində fəal iştirak edib, Azərbaycan türkcəsi və tarixi sahəsində qiymətli əsərlərin müəllifidir.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …