Çərşənbə , May 8 2024
azfa

Azərbaycanlı fəal Siyamək Kuşinin dosyesi məhkəməyə qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Siyamək Kuşinin dosyesi rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin birinci şöbəsinə qaytarılıb.

Rejim erməni təcavüzünü pislədiyinə görə fəalı “Ölkə təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşma və əlbir olmaq” və “Ümumi asayişi pozmaq”da ittiham edib.

Bundan öncə Siyamək Kuşi 28 azərbaycanlı fəalla birlikdə İran vasitəsilə Ermənistana hərbi texnikanın göndərilməsinə etiraz və Qarabağa dəstək aksiyalarında iştiraka görə, 2020-ci il  noyabrın 4-də rejimin Təbrizdə yerləşən prokurorluğunun 16-cı şöbəsində çağrılmışdı.

Fəal 2020-ci il oktyabr 18-də Təbrizdə yaxalanaraq, dindirildikdən sonra mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Azərbaycan Slovakiya ilə silah istehsal edəcək

GADTB: Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – red.) bəzi …

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …