Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Əsəd rejimin təxribatına qarşı Türkiyə ordusu hərəkətə keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada Əsəd rejimi qüvvələri İdlib və ətrafına hərbi texnikalar yığmağa başlayıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Buna qarşılıq olaraq Türkiyə Silahlı Qüvvələri də hərəkətə keçib. Bölgəyə çoxlu sayda zirehli texnika, tank, güllə keçirməyən təhlükəsizlik kabinələri və hərbi radarlar göndərilib.

Bundan başqa, rejimin hücum ehtimallarına qarşı ərazidə yeni postlar yaradılıb və səngərlər qazılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədən İdlib istiqamətində hərəkət edən hərbi konvoya hücum edilib. Hücum zamanı can itkisi qeydə alınmayıb. Bundan sonra Türkiyə ordusunun bölgədə genişmiqyaslı əməliyyatlara başladığı bildirilir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …