Bazar , Avqust 23 2026
azfa

Türk dövləti Qazaxıstan ruslara layiqli cavablarını verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev rusiyalı deputatların torpaq iddialarına sərt cavab verib.

Ölkə başçısı həmin şəxslərə Qazaxıstan tarixini xatırladıb.

“Heç kim bu geniş topraqları qazaxlara hədiyyə etməyib. Tariximiz 1991 və 1936-cı illərdən ibarət deyildir. Biz bu torpaqlarda əcdadlarımız olan Qazax Xanlığı, Qızıl Orda, Türk Xaqanlığı, Hunlar və Saxalar dönəmində var idik.” – Tokayev bildirib.

Bildirək ki, Rusiya Dövlət Dumasının deputatları Vyaçeslav Nikonov və Yevgeni Fyodrov Rusiyanın “Birinci kanal”ının efirində Qazaxıstan ərazisini Rusiya tərəfindən edilən “böyük hədiyyə” adlandırıblar.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …