Bazar , Avqust 23 2026
azfa

Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirləri sabah görüşəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 13 yanvarda keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə-Pakistan Xarici İşlər nazirləri görüşündə 3 ölkənin aralarındakı münasibətlərin inkişafı, üzləşdikləri xarici siyasət və bir-birlərinə verdikləri dəstəyə dair fikir mübadiləsi aparılacaq.

Bunu Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul deyib.

Türkiye-Azerbaycan-Pakistan Üçlü Dışişleri Bakanları Toplantısı’nda bölgesel konular ele alınacak

Onun sözlərinə görə, Pakistan ötən il Dağlıq Qarabağla bağlı hadisələrdə Azərbaycanın yanında mövqe tutduğunu və işğalın başa çatması prosesində Azərbaycana əhəmiyyətli dəstək verdiyini xatırladıb: “Öz ölkəm adına Pakistana bu mövqeyi üçün təşəkkür edirəm. Bu formatda ilk iclas 2017-ci ildə Bakıda olmuşdu. İkinci toplantının gec keçirilməsinin xüsusi səbəbi yoxdur. Çünki hər 3 ölkənin nazirlərinin iş rejimi olduqca gərgindir. Buna başqa məna yükləməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, görüş İslamabadda baş tutacaq.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …