Şənbə , Mart 15 2025
azfa

Ərdəbildə aclıq aksiyası keçirən siyasi məhbusa dəstək aksiyası keçirilib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəal yanvar ayının 16-da rejimin təzyiqlərinə görə yanvar ayının 13-dən aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbus Yusif Kariyə dəstək məqsədilə geniş şəkildə şəhərin duivarlarına şüarlar yazıblar.

Azərbaycanlı fəallar bu məqsədlə Ərdəbil şəhərinin divarlarında yazıblar:

“ Dəyişiklik üçün aclıq aksiyası# Yusif kari”

“Siyasi məhbus aclıq aksiyası keçirir”

“Zindanda insan hüquqlarının pozuntusuna son qoyun”

“Siyasi məhbusa dəstək olaq”

“Ərdəbil zindanının karantin bölməsi həqiqəti susdura bilməyəcək”

“Mədəni itaətsizlik həbs kameralarını dəyişdirəcək”

“Karantin bölməsi= işgəncə”

“Yusif Kariyə azadlıq ” ….

Qeyd edək ki, Yusif Kari Ərdəbil zindanınıb məsullarına xəbərdarlıq edərək bildirib ki, ayın 16-a kimi karantin bölməsindən öz bölməsinə qaytarılmayacağı halda başlatdığı aclıq aksiyasını quru aclıq aksiyası ilə dəyişəcək.

İrqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Yusif Kari zindanın nəzarətçisi Sepehrinin təhqirlərinə etiraz etdiyi üçün 8-ci karantin bölməsinə köçürülüb.

Azərbaycanlı milli-mədəni fəal zindanda hüquqlarının təmin edilməsi istəyi ilə yanvarın ayının 13-dən aclıq aksiyasına başlayıb.

Həmçinin yoxlayın

Uitkoff Moskvadan Bakıya gəldiyi iddia olunur

GADTB: ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun olduğu ehtimal edilən təyyarə Moskvanı tərk …

Molla rejimi azərbaycanlı körpəyə Xaqan adına 7 dəfə doğum haqqında şəhadətnamə verməkdən imtina edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Təbrizdə yerləşən Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı …