Türk Şurasının nümayəndə heyəti işğaldan azad olunan Ağdama getdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

Qonaqlar ilk öncə Ağdam Cümə məscidində olublar. Nümayəndə heyəti Ağdamda Ermənistanın dağıtdığı binları öz gözləri ilə görüblər. Daha sonra Pənahəli xanın məqbərəsinə səfər ediblər.

Nümayəndə heyətinə TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və İrsi Fondunun prezideni Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, XİN-in İkinci Avropa idarəsinin müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktoru Fərrux Cumayev və digər şəxslər daxildir.

Nümayəndə heyəti Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …