Bazar , Oktyabr 25 2026
azfa

Azərbaycanlı gənc araşdırmaçı və fəal dünyasını dəyişib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney AzərbaycanınMərənd şəhərində azərbaycanlı fəal və gənc araşdırmaçı doktor Məhəmməd Kazimi beyin infarktı nəticəsində dünyasını dəyişib.

Gənc azərbaycanlı alim Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı bir neçə kitabın müəllifidir.

“Azərbaycanda Novruz” və “Meşkinşəhər və Qaradağın daş kitabələri” gənc azərbaycanlı alimin müəllifi olduğuəsərlərdir.

Mərhum Məhəmməd Kazimi Arxeologiya üzrə doktoranturasını Ərdəbilin Mühəqqiqi Ərdəbili”Universitetində tamamlamışdı.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …