Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Türkiyə “TCG Anadolu” aviyadaşıyıcı gəmisini PUA-larla dolduracaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə aviadaşıyıcısı “TCG Anadolu”nu PUA-larla dolduracaq.

Bu barədə Yunanıstanın “Pentapostagma” saytı məlumat yayıb.

“Aviadaşıyıcıya 30-50 arası PUA yerləşdiriləcək. PUA-larla dolu türk aviadaşıyıcısının Aralıq dənizinin şərq hissəsindəki qabiliyyətlərini gözardı etmək olmaz. Dənizdə geniş ərazini izləyə bilər və ya amfibiya əməliyyatlarına dəstək verə bilər”, – sayt yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “TCG Anadolu”nun bir PUA gəmisinə çevriləcəyini açıqlamışdı.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …