Cümə axşamı , Oktyabr 29 2026
azfa

İraq kürd muxtariyyəti çap etdiyi poçt markasında Azərbaycan ərazilərini xəyalı Kürdüstan xəritəsinə daxil edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali İraqda Kürd Muxtariyyəti Papanın İraqa səfərini bəhanə edərək çap etdiyi poçt markasında Güney Azərbaycanın böyük bir hissəsini xəyalı Kürdüstan xəritəsinə daxil edib.

Çap edilən markada Qərbi Azərbaycan vilayəti və Şərqi Azərbaycan vilayətinin bir hissəsi, eləcə də Türkiyənin ərazisinin böyük bir hissəsi daxil edilib.

Halbuki, indiki Şimali İraqda Kürd Muxtariyyətinin və İran Kürdüstanın əksər əraziləri tarixi Azərbaycan əraziləri olub və son onilliklərdə İraq rejimi tərəfindən bu ölkədə və pəhləvi rejimi tərəfindən İranda azərbaycanlıların departasiyası və kürdlərin bu ərazilərə köçürülməsi ilə kürdüstanlaşdırılıb.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …