GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dağıdıcı siyasəti ilə əhalini acınacaqlı duruma salsan irqçi fars rejim Sepah terror təşkilatı üçün yeni yeraltı raket şəhərciyinin açılığını edib.
Rejim harada yerləşdirildiyi açıqlanmasa da, dövlət televiziyasında raket şəhərciyinin vifeosunu yayınlayıb.
Görüntülərdə yeni yeraltı raket tunel və anbarlarında Sepahın kruz və ballistik raket sistemləri, eləcə də Sepahın “Qüds briqadasının keçmiş komandanı, baş terrorçu Qasım Süleymani və İranın bir neçə ay əvvəl naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilmiş “nüvə alimi” Möhsün Fəxrizadənin şəkilləri sərgilənib.
“Pasdar” (sepah terrorçusu) günü münasibətilə baş tutan açılışda qanadlı və ballistik raketlərlə yanaşı, hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş yeni raketlər də nümayiş etdirilib.
Qeyd edək ki, ölkədə tüğyan edən iqtisadi böhrana rəğmən, İran hökuməti xalqın yaşam şəraitinin yaxşılaşdırılmasının təminatı əvəzinə öz hərbi imkanlarını artırmağa çalışır.