Azərbaycandan Dağlıq Qarabağın demoqrafik tərkibin dəyişdirilməsinə etiraz

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov ölkədə səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi Pol Riçard Qalaqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkəmizin orta əsr tarixi ilə bağlı Vatikanın arxivlərində çoxlu sayda qiymətli sənədlərin mövcud olduğunu xatırladan E. Məmmədyarov sözügedən yazıların üzrə çıxarılmasında göstərdiyi dəstəyə görə Vatikana dərin təşəkkürünü bildirib və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görüş əsnasında nazir E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib. Habelə, Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunan nazir bildirib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Nazir Ermənistanın işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığını diqqətə çatdırıb.

Həmçinin yoxlayın

İranlı nazirdən iddia: “Nizami Gəncəvinin bütün şeirləri fars dilindədir”

GADTB: İranın “Cinema Press” saytı xəbər verir ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılmaq üçün …

Tehran Universitetində azərbaycanlı öyrənci intihar edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ötən il Tehran Universitetinin Sosial Elmlər Fakültəsinə daxil …

Bir cavab yazın