Çərşənbə , May 6 2026
azfa

Ersin Tatar Cənubi Kiperdə Limasol şəhərindəki məscidə edilən hücumu qınayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şimali Kıbrıs (Kipr) Türk Cumhuriyyəti (ŞKTC) prezidenti Ersin Tatar Cənubi Kıbrıs Rum idarəsinin Limasol şəhərindəki məscidə edilən hücumu qınayıb və günahkarların həbs edilməsinə çağırıb.

ŞKTC Prezident Aparatının Mətbuat və İctimaiyyətlə Əlaqələr Müdirliyinin bəyanatına görə, Tatar keçmişdə olduğu kimi bu gün də Kıbrıs məsələsi ilə əlaqədar danışıqlar aparılacağı ərəfədə Rum təxribatlarının gündəmdə olduğunu bildirib.

Tatar Cənubi Kıbrıs Rum tərəfində olan məscidlər, dini və müqəddəs yerlərə hücum edildiyini və çərşənbə günü (24 mart) də  Yunanıstan üsyanının 200-cü ildönümündə Limasoldakı məscidin divarına “Bütün türklər ölün” tərzində irqçi və faşist şüarlar yazıldığını qeyd edib.

Tatar bununla da Rum tərəfinin düşüncəsinin bir daha ortaya qoyulduğuna, Rum rəhbərliyinə belə yanaşmalara mane olmasının və günahkarların yaxalanmasının vacibliyinə diqqət çəkib.

Baş nazir Ersan Saner də məscidə edilən hücumu və irqçi münasibəti qınayıb.

Edilənlərin bir təxribat olduğunu və qəbul edilə bilməyəcəyini bildirən Saner Rum rəhbərliyinin hadisənin günahkarlarını yaxalayıb mühakimə olunmalarının lazım olduğunu vurğulayıb.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkətləri yeni texnologiyaları təqdim edəcək

GADTB: SAHA 2026 tədbirində bəzi texnologiyalar ilk dəfə geniş şəkildə nümayiş etdiriləcək. Türkiyənin PUA istehsalçısı …

Tramp: İranda xalq üçün çoxlu silah göndərmişdik

GADTB: ABŞ prezidenti Donald Trump Amerikanın “Salem” adlı xəbər şəbəkəsinə müsahibəsində İranda xalqa silah göndərildiyini, …