Çərşənbə axşamı , Avqust 4 2026
azfa

İran rejiminin məmurları Urmiyada azərbaycanlı tədqiqatçını həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ETTELAAT məmurları Urmiyada azərbaycanlı tədqiqatçı Aydın Muradxanini həbs edib.

Mart ayının 15-də səhər saat 10-da həbs olunan azərbaycanlı tədqiqatçının hələ də nədə ittiham olunduğu barədə məlumat verilməyib.

İran rejiminin təhlükəsizlik məmurları Urmiyada yaşayan azərbaycanlı tədiqatçının evinə basqın edib və tədqiqatçını həbs etdikdən sonra naməlum istiqamətə aparıblar.

Rejimin məmurları həmçinin Aydın Muradxaninin evində axtarış aparıb və onun şəxsi əşyalarını, o cümlədən kompüterini, telefonunu və elmi yarışlarda qazandığı medalları götürüblər.

Fəalın atası onun aqibətindən xəbər tutmağa cəhd göstərsə də buna nail ola bilməyib.

Rejimin Urmiyada olan Təhlükəsizlik İdarəsinə çağırılan fəalın atası oğlunun əlaqələri ilə bağlı dindirilib.

Qeyd edək ki, Aydın Muradxani İran Tədqiqatçılar Birliyinin üzvüdür.

Həmçinin yoxlayın

Terrorçu SEPAH son 50 gündə neft və neft-kimya ixracından təxminən 6 milyard dollar gəlir əldə edib

GADTB: “Nüvə Silahlı İrana Qarşı Birlik” (United Against Nuclear Iran – UANI) təşkilatı bildirib ki, …

Mayk Pens: ABŞ və İsrail işi başa çatdırmalıdır

GADTB: ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens İran İslam Respublikasına qarşı hərbi əməliyyatların genişləndirilməsinə çağırıb və …