Çərşənbə , Oktyabr 21 2026
azfa

Türk soylu Macarıstanla türk ölkəsi Özbəkistan strateji müttəfiq oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Macarıstanın baş naziri Viktor Orban Özbəkistanda səfərdədir. Baş naziri böyük heyət müşayiət edir.

Kuksaroy iqamətgahında Baş nazir Viktor Orban üçün qarşılama mərasimi təşkil edildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Viktor Orban kürsüyə qalxdılar. Özbəkistan və Macarıstanın dövlət himnləri səsləndirildi.

Mərasimdə iki ölkənin rəsmi nümayəndə heyətlərinin üzvləri, diplomatik korpusun nümayəndələri iştirak etdilər. Danışıqların ardından Prezident Şavkat Mirziyoyev və Baş nazir Viktor Orban Özbəkistan Respublikası ilə Macarıstan arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladılar.

Həmçinin səfər zamanı çoxşaxəli tərəfdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş 10-dan çox sənəd imzalandı. Dövlət başçılarının iştirakı ilə iki ölkənin nazirlik rəhbərləri imzalanmış sənədləri mübadiləsi etdilər.

Tərəflər Özbəkistan-Macarıstan münasibətlərini qarşılıqlı etimada və geniş ümumi maraqlara əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə gətirməyə hazır olduqlarını təsdiqlədilər.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …