İrqçi fars rejim öncədən xəbər vermədən azərbaycanlı siyasi məhbusu mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimi öncədən xəbər vermədən azərbaycanlı siyasi məhbus Əlirza Fərşini mühakimə edib.

Azərbaycanlı siyasi məhbusun Tehranın Fəşafuyə zindanında həbsdə saxlanılan məhbus yoldaşları ailələri ilə telefon əlaqəsi zamanı bu barədə məlumat veriblər.

Onların dediyinə görə Əlirza Fərşi bildiriş almadan qandallanaraq Tehranda İnqilab Məhkəməsinin 26-cı bölməsinə aparılıb.

Martın 31-i saat 10:00-da keçirilən məhkəmə iclasında öncədən bildirilmədiyi üçün azərbaycanlı siyasi məhbusun vəkili iştirak edə bilməyib.

Bundan öncə fevral ayının 15-də də Əlirza Fərşi yaydığı açıq məktubda, öncədən bildirilmədən Tehran Məhkəməsinin 3-cü istintaq bölməsində mühakimə olunduğunu və yalnız mühakimədən qabaqkı gecə bu barədə bildiriş aldığını demişdi.

Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün yaxalanıb şərlənən azərbaycanlı fəala rejimin ETTELAAT məmurları tərəfindən yeni şərləmə kampaniyasının işə düşdüyü müşahidə edilir.

Azərbaycanlı fəal bir müddət öncə özünə qarşı qurama və tapışırıq əsasında keçirilən məhkəmə iclaslarının şahidi olduğunu bildirib və məhkəmə sistemi rəsmilərindan tələb etdmişdi ki, qanunsuzluqlara laqeyd qalmasınlar.

Qeyd edilib ki, Əlirza Fərşi 2014-cü ildə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunub. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilib.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …