Tütk soylu Macarıstan Türk Şurası ölkələri ilə münasibətlərini strateji səviyyəyə qaldırmaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Macarıstanın Baş naziri Viktor Orban martın 31-də Türk Dövlətləri Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən Zirvə görüşündə deyib ki, “Macarıstan Türk Şurası ölkələri ilə münasibətlərini strateji səviyyəyə qaldırmaq istəyir”.

O bildirib ki, Macarıstan Türk İnvestisiya Fondunun qurulmasına büdcə ayırmağa hazırdır.

Baş nazir bu yaxınlarda Özbəkistanla əhəmiyyətli bir razılaşma etdiklərini və Qırğızıstanda səfirlik açacaqlarını ifadə edərək, “Məqsədimiz əlaqələrimizi Türk Şurası ölkələri ilə strateji səviyyəyə qaldırmaqdır” deyib.

V.Orban, Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı Özbəkistan Prezidentinin təklifini dəstəkləyərək Macarıstan tərəfinin bunun üçün lazımi büdcəni ayırmağa hazır olduqlarını bildirib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …