Çərşənbə , May 8 2024
azfa

Sayın Mikayil Oyta Sidneydə 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirinə qatıldı-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri, Avstaliya-Azərbaycan Assosasiyası Prezidenti sayın Mikayil Oyta Avstraliyanın Sidney şəhərində 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Gününə həsr edilmiş tədbirə qatılıb.

Sayın Mikayil bəy Oyta Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Avstaliya-Azərbaycan Assosasiyası tərəfindən 23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı, Türkiyə Böyük Millət Məclisinin 23 Aprel 1920 günü qurulmasının şərəfinə bütün Türk Dünyasını təbrik edib və bu münasibətlə Avstraliyanın Sidney şəhərində böyük Mustafa Kamal Atatürkün heykəli qarşısına gül çələngi qoyub.

Qeyd edək ki, 23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılış günü daha sonra Milli Suverenlik və Uşaq Bayramı olaraq qeyd olunmağa başladı. Bu münasibətlə Türkiyə, Azərbaycan və bütün Türk Dünyasının uşaqlarını təbrik edirik.

Həmçinin yoxlayın

Azərbaycan Slovakiya ilə silah istehsal edəcək

GADTB: Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – red.) bəzi …

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …