Cümə axşamı , May 9 2024
azfa

İngiltərə Parlamenti Çinin Uyğur Türklərinə qarşı soyqırımını tanıdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İngiltərə Parlamenti, hökuməti Çinin Uyğur Türklərinə qarşı təzyiq və tətbiqlərini “soyqırım” olaraq tanıyaraq, Çinin “hüquq pozuntularını” dayandırmağa çağırdı.

İngiltərə Parlamenti, Çin hökumətinin Sincan Uyğur Muxtar Bölgəsindəki (Şərqi Türküstanda) əməllərini qınadı, Çin hökuməti tərəfindən kütləvi insan haqları pozuntularını və insanlığa qarşı cinayətləri “soyqırım” olaraq qiymətləndirdi. İngiltərə Parlamenti və hökuməti hərəkətə keçməyə və Çinin Uyğur Türklərini hədəf alan hərəkətlərini dayandırmaq üçün Pekinə təzyiqi artırmağa çağırdı.

Parlament üzvlərinin təsdiqlədiyi qərarla əlaqədar olaraq vəsatəti parlamentə təqdim edən Nüsrət Qani, soyqırımı ilə mübarizənin Çin tərəfindən idarə olunmasına çalışıldığını və məhkəməyə gedən hər yolun bağlandığını bildirdi. Ghani, “Hökumətimiz nəzarəti geri almalıdır” dedi.

“İzlənmələrin böyücünü hiç kişi rad etməz”

Təklifə görə, İngiltərə hökumətindən Çinə qarşı hərəkətə keçmək üçün öz qərarlarını verməsi tələb olunur. İngiltərə Parlamentinin üzvü Yasmin Qureshi, “Bu gün keçirilən səsvermə bir dönüş nöqtəsi olmalıdır” dedi. “Sincan bölgəsindəki pozuntuların böyüklüyünü heç kim inkar edə bilməz.”

Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki (Şərqi Türküstan) cinayətləri əvvəllər ABŞ Dövlət Departamenti, Belçika, Kanada və Hollandiya Parlamentləri tərəfindən “soyqırım” olaraq tanınmışdır.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …