Şənbə , Sentyabr 26 2026
azfa

Qırğızıstan və Tacikistan sərhədində vəziyyət sabitləşir, qoşunlar geri çəkilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qırğızıstan Respublikası və Tacikistan sərhəddə silahlı konflikt zonasından hərbi qulluqçuların və hərbi texnikanın aparılmasına başlayıblar.

Bu barədə Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.

“Tərəflər əlavə qüvvələri və vasitələri dövlət sərhəd xəttindən daimi yerləşmə məntəqələrinə çıxarmağa başladı”, – xəbərdə deyilir. Sərhəd şöbəsindən verilən məlumata görə, sərhəddə vəziyyət sabit olaraq xarakterizə edilir, ötən gecə heç bir insident və ya atışma qeydə alınmayıb.

“Sərhəd bölmələri gücləndirilmiş rejimdə xidmət aparır”, – xəbərdə vurğulanır.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …