Cümə axşamı , Oktyabr 29 2026
azfa

Putinə bağlı rus muzdluların dəhşətli cinayətləri üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransanın RFİ nəşri Mərkəzi Afrika Respublikasındakı Putinə bağlı rusiyalı muzdluların cinayətləri barədə araşdırma yayımlayıb.

Araşdırmada ölkədə hökumət tərəfində “Vaqner” özəl hərbi şirkəti daxil olmaqla, üç Rusiya qruplaşmasının fəaliyyət göstərdiyi bildirilib. RFİ rus muzdluların dinc sakinlərin qarətində, fevral ayında dinc sakinlərin məsciddə öldürülməsində, 24 yaşlı qızın qrup şəklində zorlanmasında iştirak etdiyini vurğulayıb.

Rusiya hərbçilərinin aprel ayında məhkəmədənkənar, ümumilikdə 26 edam və 5 qrup zorlaması həyata keçirdikləri də bildirilir.

Həmçinin yoxlayın

Mərənddə yeraltı su səviyyəsi 22 metr aşağı düşüb, Şəbüstərin su ehtiyatları kəskin azalıb

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin su ehtiyatları üzrə əsas tədqiqatlar bölməsinin rəhbəri vilayətdə yeraltı …

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

GADTB: Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 103 illiyidir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət …