Millət vəkilindən Tehranın müstəmləkə siyasətinə etiraf: azərbaycanlı investorlar fars bölgələrinə aparılır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Güney Azərbaycanda müstəmləkəçi siyasətlə azərbaycanlı investorları fars şəhərləri, o cümlədən Tehrana, Semnana və s. şəhərlərə getməsinə şərait yaradır. Güney Azərbaycan şəhərlərində rejimin göstərişi ilə tətbiq edilən sərt qayda və qanunlar buna şərait yaradır.

Kəleybər və Horand şəhərlərinin məclisdəki millət vəkili Qulullah Quluzadə irqçi fars rejiminin bu siyasətinə etiraf edərək, deyib:

“Azərbaycan sənayesi İranın mərkəzi məntəqələrinə köçürülüb. Artıq yerli investorlar Şərqi Azərbaycanı tərk edib. Onların bir çoxu Tehran və Semnana gedib. Ümumiyyətlə son illərdə Semnan çoxlu sərmayə cəlb edir. Orada sənaye şəhərciklərinə 100 milyard tüməndən çox sərmayə yatırılıb. Bizim sənaye şəhərciklərimiz isə tətil vəya yarım tətil vəziyyətindədir”.

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Bir cavab yazın