Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Türkiyə özünün istehsal edəcəyi koronavirus vaksininin ikinci doza sınağını keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Sənaye və texnologiya naziri Mustafa Varanka yeni növ koronavirusa (Covid-19) qarşı yerli imkanlarla hazırlanan virusa bənzər hissəciklərə əsaslanan peyvənd namizədinin (VLP) ikinci dozası tətbiq edildi.

Varank ikinci dozasını TÜBİTAK-ın (Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası) sədri Həsən Mandalla birlikdə Ankara Onkoloji xəstəxanasında qəbul edib.

Varank peyvənddən sonra verdiyi açıqlamada TÜBİTAK “Covid-19” Türkiyə Platforması çətiri altında hazırlanmış VLP peyvəndinin 1-ci mərhələs, yəni insanlar üzərindəki sınaqlarına başladığını xatırladıb.

Həsən Mandal ilə peyvənd sınaqlarının 38 könüllü arasında olduqlarını ifadə edən Varank ikinci mərhələ fəaliyyətlərinin 360 könüllü ilə aparılacağını bildirib.

Varank xüsusilə birinci mərhələ fəaliyyətlərinin peyvəndin təhlükəsizliyini və immunitetlə əlaqədar testlər üçün aparıldığını vurğulayaraq, bundan sonrakı proseslərin daha çox peyvəndin təsirilə bağlı olacağını ifadə edib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …