Cümə axşamı , Oktyabr 29 2026
azfa

İran rejimi azərbaycanlı milli fəal Ruzbeh Pirini mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal Ruzbeh Piri irqçi fars rejimin Təbrizdəki İkinci Cinayət Məhkəməsinin 103-cü şöbəsində mühakimə olunub.

Mayın 12-də keçirilən məhkəmədə Sepah terror təşkilatının kəşfiyyat bölməsinin iki hüquqi nümayəndəsi iştirak edib.

Qeyd edək ki, azərbaycanlı milli fəal Ruzbeh Piri qardaşı Yaşar Pirinin həbs edilib, təzyiqlərə məruz qalması ilə bağlı paylaşdığı məlumatlara görə aprel ayının 3-də Təbriz şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə çağırılmışdı.

Rejimin əlaltısı hakimi Musəvi “İnstagram” hesabında yaydığı məlumata görə milli fəala qarşı “Sistemə qarşı təbliğat aparmaq” və “Yalan məlumatlar yaymaq” ittihamları irəli sürmüşdü.

Ruzbeh Piri dindirildikdən sonra 80 milyon tümən girov qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəal Yaşar Piri bundan öncə fevralın 21-də mülki geyimli məmurlar tərəfindən yaxalanmmışdı. Yaxalanma zamanı və təcridxanada ona işgəncə verilib və döyülüb.

Azərbaycanlı mədəni fəalın sağlıq durumunun ağır olduğu üçün 3 gün təcridxanada saxlanıldıqdan sonra 50 milyon tümən girov qarşılığında zaminə buraxılıb və Təbrizin İmam Rza xəstəxanasına köçürülüb.

Onun qardaşı Ruzbeh Piri isə bu barədə sosial şəbəkədə bir neçə məlumat paylaşmışdı.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …