Cümə axşamı , Sentyabr 10 2026
azfa

Amerikadan İrana görə Yaxın Şərqə çox sayda hərbi qüvvə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehrana ciddi xəbərdarlıq məqsədilə ötən üç həftə ərzində Yaxın Şərqə xeyli sayda hərbi hava qüvvələri göndərib.

Bu addım İran tərəfdən və SEPAH-a bağlı iraqlı yaraqlıların ABŞ qüvvələrinə hər hansı hücum ehtimalına kəskin cavab verməsi üçün atılıb.

Məlumatlara görə, ABŞ-ın Körfəzə qoşun göndərməsi iki ədəd Boing B-52 “Stratofortres” bombardmançı təyyarə göndərməklə başlayıb. Mayın 5-dək Körfəzə ezam edilən bu növ bombardmançı təyyarənin sayı 6-ya çatdırılıb.

Bu təyyarələr həmin tarixədək Körfəzin göyərtəsində uçuşlar edib ABŞ-da öz bazalarına qayıdırdı, ancaq indi onlar bölgədə saxlanılır. Bunun davamı olaraq, ABŞ-ın F-18 qırıcılarından ibarət bir eskadriliya bölgəyə gətirilib.

Qeyd edək ki, İranın bölgədə terroru dəstəkləməsi qonşu ölkələr, o cümlədən İraqda da dəfələrlə etirazla qarşılanıb. Bir neçə gün öncə Kərbəla şiələri İran konsulluğunu odlayıb, “Rədd ol İran, rədd ol Xamenei” şüarları səsləndirmişdi.

Həmçinin yoxlayın

Molla rejimi yetişdiryi Fatimiyun və Zeynəbiyun terrorçuları vasitəsilə bəluçları repressiya edir

GADTB: Fatimiyun və Zeynəbiyun terrorçularının İranda yerləşdirilməsi bəluç əhaliyə qarşı repressiya ilə bağlı narahatlıq yaradıb. …

BMT Təhlükəsizlik Şurası İranın nüvə sanksiyalarının müzakirəsinə dair gündəliyi 11 səslə təsdiqləyib

GADTB: BMT Təhlükəsizlik Şurası sentyabrın 10-da keçirilən rəsmi iclasında İran İslam Respublikasının nüvə proqramı və …