Bazar ertəsi , May 6 2024
azfa

Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə həbs edilən Salar Taher Afshar Urmiya zindanın qarantin bölməsinə köçürüldü

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə İran rejimi tərəfindən həbs edilən Salar Taher Afshar Urmiya zindanın gənclər bölməsindən qarantin bölməsinə köçürülüb.

Eyni zamanda qarantin bölməsində tutumundan 2 qat artıq məhbus saxlanılır və onlardan korona testi də götürülmədən həmin bölməyə gətirilirlər. Bu isə məhbusların həyatını təhlükəyə salır.

Qeyd edək ki, erməni təcavüzünü pislədiyinə görə Urmiyada yaşayan Azərbaycanın milli milli fəal Salar Taher Afshar bir il həbsə məhkium edilmişdi.

Rejim erməni təcavüzünü pislədiyinə görə fəalı “Sistemə qarşı təbliğat və qanunsuz toplantılar təşkil etməyə cəhd” ittihamı ilə dörd il həbs cəzası əvəzinə “Sistemə qarşı təbliğat” ittihamı ilə bir il həbs cəzasına məhkum etmişdi.

Qarabağ qurtuluş müharibəsi dövründə bir çox Azərbaycan milli fəalları müxtəlif saxta ittihamlarla təhlükəsizlik xidmətləri tərəfindən tutularaq qanunsuz olaraq bir neçə gün həbs edildi və müxtəlif şəhərlərdə onlara qarşı həbs cəzaları verildi.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal həbsxanada çəkdiyi rəsimlərin sərgiləməsindən sonra hədələnib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Mütərza Pərvin …

Güney Azərbaycanın şəhərlərində qızıl satıcılarının tətil aksiyaları genişlənir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində qızıl satıcıları İranın yeni …