Cümə axşamı , Sentyabr 24 2026
azfa

ETTELAAT İdarəsi May qiyamının ildönümündə  azərbaycanlı fəalları hədələyib

​​​​​​​GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda 22 May qiyamının ildönümündə Sulduz şəhərində rejimin ETTELAAT məmurları azərbaycanlı milli-mədəni fəallara zəg edərək onları idarəyə çağırıb və hədələyib.

2006-cı il may ayının 25-də Sulduzda bir neçə azərbaycanlı fəalın milli qiyam zamanı rejimin məmurları tərəfindən öldürülməsindən 15 il keçir. Rejim həmin şəhidlərin anım mərasiminə mane olmaq üçün hədə-qorxuya başlayıb.

İranın ETTELAAT məmurları azərbaycanlı milli-mədəni fəallar Həsən Badpeyma, Vəli Siyami, Nasir Əhmədi, Ehsan İsmayıldoxt, Əli Hacməhəmmədi, Məhərrəm Kərimi, Əli Dünyadust, İbrahim Moini, Vəli Azəriyyun və Cavad Payizini ETTELAAT İdarəsinə çağıraraq onlardan etiraz aksiyalarının ildönümündə heç bir aksiyaya qatılmamağı istəyiblər.

ETTELAAT məmurları azərbaycanlı milli fəallara deyiblər: “Sulduz prokurorluğunun həbs barədə qərarı hazırdır və onlar hər hansı aksiyaya qatıldıqları təqdirdə dərhah həbs olunacaqlar”.

Qeyd edək ki, 2006-cı ilin may ayında Güney Azərbaycanda baş vermiş qiyam zamanı çox sayda azərbaycanlı fəal Güney Azərbaycanın müxtəlif şəhərlərində, xüsusilə Sulduzda rejim tərəfindən şəhid edilmişdir.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Əli Nejadabbasinin Təbriz həbsxanasında həbsi davam edir

GADTB: Bostanabad bölgəsindən olan azərbaycanlı siyasi məhbus Əli Nejadabbasi cəzasını çəkmək üçün hazırda Təbriz həbsxanasının …

İranın müsadirə edilmiş 600 milyon dollar dəyərində 6 milyon barrelə yaxın nefti ABŞ-a aparılır

GADTB: TankerTrackers-in məlumatına görə, İranın müsadirə edilmiş, ümumi dəyəri təxminən 600 milyon dollar olan 6 …