Sepahın dəstəklədiyi terrorçu qrupların İraqda silahlı çevriliş cəhdi baş tutmadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu Sepahının qurub dəstəklədiyi Həşdişəbi  terror qruplaşmasının İraq baş naziri Mustafa əl-Kazemi dövlətini devirmək və hakimiyyətdən uzaqlaşdırmaq çabaları uğursuz alınıb.

İraqın Köçərilər Şurasının başqanı Şeyx Taber əl-Bəyati hesab edir ki, İraqın qanuni dövlətinə qarşı çevriliş çabası İranın sifarişi və dəstəyi ilə gerçəkləşib.

Təhlükəsizlik məsələləri üzrə iraqlı təhlilçinin fikrincə, bu uğursuz çevrilişin əsas səbəbi İraqın təhlükəsizlik qüvvələri ilə Amerika ordusu arasında daha sıx əməkdaşlıq planının olmasıdır.

İrana bağlı Həşdişəbi terror qrupunun hərbi komandanı Qasım Müslehinin İraqın Ənbar əyalətində tutulması və qaçmağı bacaran “Əsaebi Əhli Həqq” qrupunun komandanlarından olan Sabah əl-Vafinin tutulması çabalarının ardından, Həşdişəəbi yaraqlıları ölkənin güney şəhərlərində hərbi nümayişlə, Mustafa əl-Kazemi dövlətini istefaya məcbur etməyə çalışıblar.

Habelə, “Əsaebi Əhli Həqq” yaraqlılarının lideri Qeys Xəzəli və Həşdişəəbi” qüvvələri bəzi ordu komandanlarının və təhlükəsizlik orqanlarının yüksək rütbəli rəsmilərinin tutulması ilə bağlı birgə əmr versələr də, dövləti devirmə çabası uğursuz olub.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …