Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Həcc ziyarətində təcavüzə məruz qalan qadınlar – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, təcavüzə məruz qalan qadınların sosial şəbəkələrdə başlatdığı #MeToo hərəkatına müsəlman qadınlar da qoşulub.

Axar.az xəbər verir ki, qadınlar başlarına gələn zorakılıq aktlarını #MosqueMeToo etiketiylə sosial şəbəkələrdə paylaşmağa başlayıblar. Bu paylaşımlarda onlar daha çox həcc ziyarəti və İslam üçün müqəddəs olan digər məkanlarda başlarına gələnləri anladıblar.

Pakistanda yaşayan bir qadının həcc ziyarəti zamanı başına gələnləri Feysbukda danışmasından sonra bu etiketin yaradılmasına təşəbbüs göstərilib. Qadın sonradan anlatdıqları ucbatından ailəsindən təyziqlər gördüyü üçün Feysbuk hesabını qapadıb.

Etiket isə sosial şəbəkələrdə misirli fəal Mona Eltahavi tərəfindən yaradılıb:

“1982-ci ildə həccdə təcavüzə məruz qaldım. Heç kimə anlada bilmədim. Yaşadıqlarımı başqalarına anlatmağım lazımdır”.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın