Təbrizdə  məhkəmə Türkay adına şəxsiyyət vəsiqəsi verilməsi barədə qərar çıxardı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı valideynlərin şikayəti əsasında Təbrizdə  məhkəmə Türkay adına şəxsiyyət vəsiqəsi verilməsi barədə qərar çıxarıb.

Şərqi Azərbaycan Məhkəmə Vəkillərinin İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi özünün Twitter hsəhifəsində Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsinin Türkay adına şəxsiyyət vəsiqəsi veriməli olduğuna dair Təbrizdə məhkəmənin çəxardığı qərarı paylaşıb.

Qərarda bildirilir ki, Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsinin azərbaycanlı körpənin valideynlərinin ona seçdiyi Türkay adında doğum haqqında şəhadətnamə verməsində problem yoxdur.

Qeyd edcək ki, Təbrizin Vətəndaş Vəziyyətlərinin Qeydiyyat İdarəsi yanvarın 1-də azərbaycanlı valideynlərə yeni doğulan körpələrinə “Türkaya” adının türkcə olduğuna görə doğum haqqında şəhadətnamə veriməkdən imtina etmişdi.

Türkayın validenləri bununla bağlı məhkəməyə müraciə edib və 5 aydan sonra məhkəmə Türkay adının qeydiyyata alınması barədə qərar qəbul edib.

Qeyd edək ki, İran rejimi Azərbaycan türk millətini assimilyaya uğradıb bir millət kimi məhv etmək məqsədilə onların öz dillərində övladlarına ad qoymasını qadağan edib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru Əcəbşirdə həbs edərək Marağa həbsxanasına köçürüb

GADTB: İrqçi fars-molla rejimi azərbaycanlı fəal Bəhram İbrahimpuru fərvərdinin 29-da ona qarşı irəli sürülən ittihamlar …