Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Mehrdad Şeyxi, Rza və Əli Vasiqi qardaşları da zindanda Abbas Lisaniyə dəstək məqsədilə aclıq aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin zindanında haqsızlıqlara görə etiraz aksiyasıa başlayan tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək davam edir.

Yusif Karidən sonra azərbaycanlı siyasi məhbus Mehrdad Şeyxi, Rza Vasiqi və Əli Vasiqi də iyunun yaxınları ilə telefon əlaqəsi zamanı Abbas Lisaniyə dəstək məqsədilə  iyunun 13-ü səhər saatlarından aclıq aksiyasına qoşulacaqlarını bildiriblər.

Onlar Abbas Lisaninin aclıq aksiyasını davam etdirdiyi müddətcə onu yalnız buraxmayacaqlarını və aksiyalarını davam etdirəcəklərini deyiblər.

Bundan öncə isə iyunun 12-si səhər saatlarından Yusif Kari də  Abbas Lisaniyə dəstək məqsədilə aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, Abbas Lisani iyunun 10-da ailəsi ilə telefon danışığında zindan məsullarının ona qarşı müxtəlif vasitələrlə təzyiq göstərdiyini bildirib. Siyasi məhbusun sözlərinə görə, ağır cinayətə görə məhkum olunan cinayətkarı onun saxlanıldığı kameraya buraxıblar və bu vasitə ilə ona mənəvi və psixoloji təzyiq göstərməyə çalışırlar. Abbas Lisani bu haqsızlığa etiraz olaraq şənbə günündən aclıq aksiyasına başlayıb.

Həmçinin həkimlərin rəyinə əsasən Abbas Lisaninin bel fəqərələrinin ekokardioqrafiya və MRT müayinəsinə ehtiyacı var. Lakin həbsxana məsulları həkimlərin rəyini qulaqardına vururlar.

Həmçinin yoxlayın

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Tehranda irqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə Azərbaycan Respublikasına qarşı aksiya keçirilib

GADTB: İrqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə bazar günü Tehranda, Azərbaycan Respublikasının səfirliyinin qarşısında …