Çərşənbə axşamı , May 7 2024
azfa

Türk Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünə Türkmənistan da qatılacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov 2021-ci ilin noyabrında İstanbulda keçirilməsi planlaşdırılan Türk Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 8-ci Zirvəsinə qatılacağını təsdiqləyib.

Qurbanqulu Berdimuhammedov Türkmənistana səfər edən Türk Şurasının baş katibi Bağdad Amreyevi qəbul edib.

Qəbulda çıxış edən Berdimuhammedov ölkəsini Türk dünyası ailəsinin ayrılmaz bir üzvü olaraq gördüyünü və illərdir Türk dövlətləri ilə qardaşlıq münasibətlərini davam etdirdiklərini  söyləyib.

Berdimuhammedov Türkmənistanın Türk Şurasının ortaq maraqlarına dair layihələrində iştirak etməyə hazır olduğunu bildirib və Türk dünyasında artan sürətin yaxın illərdə də davam edəcəyinə ümidvar olduğunu qeyd edib.

Türk Şurasına üzv ölkələrin prezidentləri ilə son təmaslarından bəhs edən Berdimuhammedov 2021-ci ilin noyabrında İstanbulda keçirilməsi planlaşdırılan zirvə görüşündə iştirak edəcəyini bildirib.

Türk Şurası Baş katibi Amreyev də Türk Şurasının 8. Zirvəsi üçün davam edən hazırlıqlar barədə məlumat verib və Berdimuhammedovun bu toplantıya qatılmasının Türk dünyasındakı birliyi nümayiş etdirəcəyini vurğulayıb.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandaki Evin zindanında həbsdə saxladığı …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Rusiya Ukraynanı “zəlzələ effektli” bomba ilə vurdu” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …