Cümə axşamı , May 14 2026
azfa

İran rejimi azərbaycanlı yazıçını həbsə məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26-cı şöbəsi azərbaycanlı yazıçısı, tərcüməçi və şair Mehdi Səlimini 3 il 8 ay həbsə məhkum edib.

Məhkəmənin azərbaycanlı yazıçıya verilən həbs cəzasının 2 il 6 ayı 5 il müddətinə təxirə salınıb.

Eyni zamanda Mehdi Səliminin 5 il müddətinə ölkədən çıxışına, ictimai, siyasi fəaliyyətlərdə iştirak etməsinə, təşkilat və qruplarda üzvl olmasına qadağa qoyulub.

Əhər şəhərindən olan yazıçı 5 il ərzində ayda bir dəfə olmaqla həftənin cümə axşamları Tehranın şəhdilər qəbristanlığında icbari işləməyə, eləcə də guya “adi həyat tərzini öyrənmək üçün” Qum şəhərinin dini və psixologiya mərkəzində təhsil almağa məhkum edilib.

Azərbaycanlı yazıçı həmçinin Tehranın İslami Mədəniyyət və Maarif Təşkilatı ilə əlaqəli şəkildə “İslami yaşayış, mənəviyyat və mədəniyyət”lə bağlı 120 səhifəlik araşdırma əsəri yazmağa da məhkum edilib.

Azərbaycanlı yazıçı şərlənərək ona qarşı “Sistem əleyhinə təbliğat aparmaq, insanları əxlaqsızlığa sövq etmək, ölkənin təhlükəsizliyinə qarşı cinayət törətməkdə iştirak etmək və dini müqəddəsləri təhqir etmək” ittihamları irəli sürülüb.

Mehdi Səlimi özü barədə hökmlə bağlı məhkəməyə məktub müraciət edib və həbs müddətinin 2 il 6 ayının 5 il müddətinə təxirə salınması barədə qərarın onu daimi nəzarətdə saxlanmasına hesablandığını bildirib.

Azərbaycanlı yazıçı məktubunda yazıb ki, məhkəmə iclaslarında ona qarşı irəli sürülən ittihamlarla bağlı heç bir əsaslı fakt və sübut ortaya qoyulmayıb.

O rejimin məhkəmələrinin ədalətsizliyinə toxunaraq yazıb: “Barəmdə çıxarılan 3 il 8 ay həbs qərarı verilən minlərlə başqa qərarları nəzərə alsaq mənim üçün qeyri-adi və gözlənilməz olmadı.

Qeyd edək ki, Mehdi Səlimi 2020-ci il iyulun 7-də Əhər şəhərindəki ata evində həbs edilib və 2020-ci il avqustun 17-də 500 milyon tümənlik zəmanət qarşısında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …