Çərşənbə , Sentyabr 9 2026
azfa

İran Vyanada nüvə proqramı ilə bağlı danışıqların sona yaxınlaşdığını iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə iddia edib ki, Avstriyanın Vyana şəhərində İranın nüvə proqramına dair davam edən danışıqların sona yaxınlaşdığını deyə bilərik.

O deyib ki, bəzi həll olunmamış məsələlər hələ də qalır, lakin həllini tapan məsələlər daha çoxdur: “Bu məsələlərin həlli uzun bir prosesdən keçib və heç də asan olmayıb. Prosesin qalan hissəsi isə heç də asan olmayacaq”.

XİN sözçüsü ölkəsi ilə ABŞ arasında məhbusların mübadiləsi məsələsinə də toxunub. S. Xətibzadə qeyd edib ki, məhbusların mübadiləsi məsələsi həmişə prioritet olub və bu sahədə müzakirələr davam etdirilir.

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …