Bazar , Oktyabr 25 2026
azfa

İşğal altındakı Türk yurdları üçün uşaq rəsm sərgisi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyulun 11-də işğal altındakı türk yurdlarında türk millətinə qarşı tətbiq edilən basqıları təsvir etmək məqsədilə istanbul şəhərində sərgi düzənlənib.

Sərgi Güney Azərbaycan, Şərqi Türküstan, Krım tatarları, Türküstandan və s. türk bölgələrindən bir sıra təşkilatların iştirakı ilə keçirilib.

Sərgidə nümayiş edilən rəsmlərdə Doğu Türkistnda Çin rejiminin uyğur türklərinə qarşı tətbiq etdiyi zülm, Güney Azərbaycanda İran rejimi tərəfindən Azərbaycan türklərinə qarşı edilən zülm, eləcə də Azərbaycan Milli Hərəkatının mücadələsinə, Türkmən elində, Güney Türkistanda, Kırımda və digər işğal altındakı Türk yurdlarında türk millətinə qarşı zülm öz əksini tapıb.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …