Bazar ertəsi , Aprel 27 2026
azfa

PKK terrorçularının Türkiyədə yandırdığı meşələrdə yanğın davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK terrorçularının Türkiyədə yandırdığı meşələrdə yanğın davam edir. Türkiyənin Adana, Osmaniye, Mersin, Kayseri, Antalya, Aydın, Muğla bölgələrini meşə yanğınları cənginə alıb. Yanğınlar zamanı 3 nəfər həyatını itirib, ağaclar və evlər yanaraq külə dönüb.

Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ölkə daxilində 2 gündə meydana gələn 63 yanğından 42-nin nəzarət altına alındığını, 21-nin davam etdiyini açıqlayıb.

* Adanada 20 yanğından 6-sı davam edir.

* Antalyada 10 yanğından 4-ü davam edir.

* Mersində 7 yanğından 4-ü davam edir.

* Muğlada 4 yanğından 3-ü davam edir.

* Osmaniyedəki 4 yanğından 2-si davam edir.

* Kayserinin Yahyalı rayonunda yanğın davam edir.

* Digər yerlərdəki yanğınlar nəzarət altına alınıb.

Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli bildirib ki, bu savaşda bütün xalq var gücü ilə mübarizə aparmağa davam edir.

Həmçinin yoxlayın

Müctəba Xameneinin ölməsi ehtimal edilir

GADTB: Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş …

Sayın Mikayil bəy Oyta və sayın Sara xanım Azərsun Sidneydə 23 April Uşaklar Günü tədbirində- Video

GADTB: 23 Aprel Uşaqlar Günü münasibətilə Avstraliyanın Sidney şəhərində Türk Öz Təşkilatı tərəfindən tədbir təşkil …