İran Sepah-a bağlı Nucəba terror qrupu vasitəsilə Türkiyəni teror hücumları ilə hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın terrorçu “Qüds” Qüvvələri tərəfindən təchiz edilib, silahlandırılan və İraqda İranın terror və dəhşət vasitələrindən biri olan “Nucəba” terror qrupu yaydığı videoda Türkiyə Cümhuriyyətini bu ölkənin şəhərlərində terror əməliyyatları həyata keçirməklə hədələdiyib.

Uzun illər Türkiyəyə qarşı PKK terror qrupunu silahlandıran və dəstəkləyən İran, Türkiyə ordusunun Suriya və İraqın şimalında PKK terror qrupuna qarşı həyata keçirdiyi uğurlu hücumlardan sonra Türkiyə ilə açıq düşmənçiliyə keçib.  İran rejimi Türkiyəyə qarşı “Nucəba” adlı yeni bir təsir vasitəsi və terrorçu qruplaşmanı meydana buraxır.

Sepaha bağlı ictimai şəbəkələr “Nucəba” terror qruplaşmasının təhdid videosunu geniş şəkildə işıqlandırıb.

İlgincdir ki, “Hizbullah Azərbaycan” (Azərbaycanda İranın ifratçı muzdlularından ibarət dəstə) adlı ifratçı və terror qrupu da böyük həvəslə təhdid dolu bu videonu yayıb.

Qeyd edək ki, “Sepah”ın Qüds Qüvvələri Azərbaycandan olan ifratçı və irticaçı muzdluları İranda təşkilatlandırıb, onlara hərbi təlim keçərək Azərbaycanda terror fəaliyyətlərini birbaşa idarə edir.

Həmçinin yoxlayın

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Molla rejimi qoşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Qoşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …